Niderlandda smartfon aşiqləri üçün xüsusi işıqfor quraşdırıldı

Niderlandda smartfon aşiqləri üçün xüsusi işıqfor quraşdırıldı

Niderlandda hərəkət edərkən diqqətini smartfon ekranlarından ayıra bilməyən sakinlər üçün xüsusi işıqfor quraşdırılıb.

İşıqfor piyadaların hərəkətini yaxşılaşdırmaq məqsədilə Bodeqraven-Reuveyk şəhərində yaradılıb.

Xüsusi işıqfor diqqətini mobil qurğu ekranından ayıra bilməyən insanların görə biləcəyi parlaq qırmızı və ya yaşıl rəngli zolağı yerə proyeksiya edir. İşıqfor ümumi təhlükəsizlik üçün quraşdırılıb. Çünki avtomobili idarə edən zaman insanların diqqətini yayındıran smartfon bunu yeriyərkən də edə bilər.

Hazırda yalnız şəhər məktəblərindən birinin yaxınlığında quraşdırılan sistemin tezliklə başqa yerlərdə istifadəyə veriləcəyi gözlənilir. Oxşar sistemin sınaqları Avstraliya və Almaniyada keçirilir.

İKT.lent.az