Nikol Paşinyan Azərbaycanla sərhədə gəldi

Ermənistanın baş nazir əvəzi, “Mənim addımım” blokunun namizədi Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinə səfər edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Tavuş vilayətinin Ayrum qəsəbəsindəki seçicilərlə görüş keçirəcək. Daha sonra N.Paşinyan və onu müşayiət edən heyət İcevan və Dilican şəhərlərində görüşlər keçirəcək.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 9 dekabra təyin olunub.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here