RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.11.05 16:58

Nikotin asılılığını aradan qaldırmağın qeyri-adi yolu tapıldı

41

Elm adamları 2-ci tip diabet üçün istifadə olunan maddə olan pioqlitazonun başqa bir müsbət xüsusiyyətə sahib olduğunu aşkar ediblər. Belə ki, o, nikotin istəyini azaldır. Tədqiqatın nəticələri “Journal of Neuroscience” jurnalında dərc olunub.

Məlumdur ki, çox siqaret çəkən insanlarda nikotin asılılığından xilas olmaq çətin olur. Belə ki, onlar siqaretdən imtina etdikdə bəzi simptomlar – iştahın artması, narahatlıq, əsəbilik və depressiya ilə qarşılaşırlar.

Linkopinq Universitetindən (İsveç) Esi Dominin başçılıq etdiyi İtaliya, İsveç, ABŞ-dan olan alimlər qrupu pioqlitazon dərmanının siçovullarda və siçanlarda nikotinin mənfi təsirlərini aradan qaldırdığını müəyyən edib.

Tədqiqata görə, onun istifadəsi zamanı xəstədə qaraciyərdə və toxumalarda insulinə həssaslıq artır və qanda qlükoza səviyyəsi azalır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı