Niyazinin mənzil-muzeyində növbəti konsert – “Məhəbbətlə doğulmuşam”

İyulun 4-də Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində “Məhəbbətlə doğulmuşam” adlı konsert proqramı təqdim olunacaq. Bu barədə  Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Rza Bayramov məlumat verib.

“Konsertdə London Musiqi Akademiyasının solisti, respublika müsabiqələri laureatı Vüsalə Yusif Əmirbəyova və musiqişünas, vokalçı Sevinc İbrahimovanın ifalarında görkəmli bəstəkarlar Qara Qarayev, Cövdət Hacıyev, Niyazi, Əşrəf Abbasov, Ədilə Hüseynzadə, gənc bəstəkar, beynəlxalq müsabiqə laureatı Xədicə Zeynalovanın vətənpərvərlik mövzusunda əsərləri səsləndiriləcək”, – deyə Rza Bayramov söyləyib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here