RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

“Nizami və dünya mədəniyyəti” mövzusunda respublika konfransı

273

Bu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Nizami və dünya mədəniyyəti” mövzusunda respublika konfransı keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, konfrans görkəmli mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 875 illik yubileyinə həsr olunub.

Tədbirdə “Nizami Gəncəvi və dünya mədəniyyəti qarşılıqlı əlaqə və inkişafda”, “Nizami ədəbi məktəbi və “Xəmsə” ənənəsi”, “Nizami Gəncəvi “Xəmsə”si biliklər ensiklopediyası kimi”, “Nizami irsi və klassik Şərq ədəbiyyatında forma, janr və poetika məsələləri”, “Nizami irsi Azərbaycan və dünya incəsənəti müstəvisində” və digər mövzular müzakirə ediləcək.

Maraqlananlar məruzələrinin tezislərini mayın 10-dək, qəbul olunan tezislərin tam mətnini sentyabrın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Telefon: (994 12) 492 31 79 ; (994 12) 505 53 17 , E-mail: [email protected]

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı