RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Növbəti ixrac missiyası Çinə gedəcək

11

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası 29 avqust – 3 sentyabr tarixlərində Çinin Urumçi şəhərinə təşkil olunacaq.

Nazirlikdən verilən məlumata görə, ixrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti daxildir.

Səfər zamanı Azərbaycan və Çin şirkətlərinin nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək, ixrac məsələləri müzakirə ediləcək.

İxrac missiyası çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları Urumçi şəhərində keçiriləcək “Çin-Avrasiya” Sərgisində də nümayiş olunacaq

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı