Noyabrın 8-də saat 14:00-da Təhsil Nazirliyi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” keçirəcək

Yürüşdə Bakı və  Sumqayıt  şəhərləri, Abşeron  rayonu ümumtəhsil məktəblərinin təhsildə fərqlənən yuxarı sinif şagirdləri, ali məktəblərin SABAH qruplarının  və   “Gələcəyin müəllimi təqaüdü” alan tələbələri iştirak edəcək.
Dialoq.info edu.gov.az-a istinadən bildirir ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği və iştirakçılara Dövlət Bayrağı Muzeyində tarixi Azərbaycan dövlətləri rəmzlərinin tanıdılmasından ibarətdir.
“Bayraq yürüşü” marşrutunun Milli Parkda yerləşən Paraşüt qülləsindən başlayaraq Dövlət Bayrağı Meydanınadək olması nəzərdə tutulur.