O mənfur gecə…

26 fevral o mənfur gecə

Nələr gətirmədi Azərbaycana

Qərinələr keçsə, əsrlər keçsə

Tarix bağışlamaz onu vicdana…

Əslində bu qış da eyni ola bilərdi.Narın qar dizədək yağar, evlərin bacaları tüstülənər, qar topu sevinci, xizək sədaları ətrafı bürüyərdi.Xocalı fevralda bir rəngə alışmışdı-ağ örpəyə…Qırmızının, qaranın qış günü burda nə yeri?!Amma…Ağ libas geymiş Xocalıya ilk ləpirləri körpə uşaqlar yox,ermənilər saldı.Silinməz ləpirlər…366 cı motoatıcı alayı işə salıb insanların rəngarəng dünyasını bir rəngə boyadılar.O gecə qurulacaq çox xəyal, görüləcək çox yuxu, deyiləcək çox layla vardı.Misraları ağızda qoydular.Gecənin səssizliyini pozan o ürküdücü səslər son ana kimi insanlara heç bir şey ifadə etmirdi və havaya atılan ilk qəlpə…

1992 ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dəhşət yaşandı.Dinc əhali qəfildən təcavüzkarların hücumuna məruz qaldı.Yox, bu bir hücumdan daha ağır idi.Bu bir soyqrım idi..Saçına dən düşmüş ananın,ömrü  çiçək açmayan balanın günahı nə idi?!İnsanlığa sığmayan davranışlarla əhalini bir birinin gözü önündə öldürür,körpələri borulara yığıb diri-diri yandırırdılar.Atanın əlinin qızına yetməməsi, ananın səsinin oğula çatmamasını, göyə ucalan ana naləsini sətirlərə tökmək üçün yetərli söz varmı?!

Həmin gün mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq üçün yol aldılar.Lakin 1 günün içində yaşamaq uğrunda mübarizə aparan 613 nəfərin mübarizə işığını söndürdülər..Bir gecənin içində Xocalı yerlə yeksan oldu..

Xocalı soyqrımı şahidi-Heydərov Camal Əbdülhüseyn oğlu; “Qaraqaya deyilən yerin yaxınlığında eybəcər hala salınmış xeyli sayda meyid var idi.Azərbaycanlı uşaqların sinəsi yarılmış, ürəkləri parçalanmış, tikə-tikə doğranmışdılar…

Nə qədər yazsamda Xocalıdan mən

Milyonda birini yaza bilmədim

Qan qoxusu gələn sətirlərimdən

Səhvləri düzəldib poza bilmədim…

Kəmalə Rəsulova

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here