Ödənişsiz Conversation Club

“British Academy Azerbaijan” gənclərə dəstək məqsədi ilə layihələrini davam etdirir. İndi arzu edən hər bir şəxs heç bir ödəniş etmədən, sadəcə olaraqqeydiyyatdan keçməklə ingilis dili üzrə hər həftə Amerikalı və yerli müəllimlər tərəfindən tədris olunan Conversation Club- larda iştirak edə biləcəklər.

İngilis dilində təşkil etdiyimiz Ünsiyyət Klublarına (Conversation Clubs) qatılaraq qısa bir zamanda ingilis dili biliklərinizi daha da təkmilləşdirə biləcəksiniz.

Amerikalı müəllimlər tərəfindən tədris olunan Conversation Club hər həftənin Şənbə günləri saat 14:00-da, yerli müəllimlər tərəfindən tədris olunan Conversation Club isə hər həftənin Çərşənbə günü saat 15:00-da təşkil olunacaq.

Təşkil etdiyimiz Conversation Club-larımız iştirak etmək istəyən hər kəs üçün ödənişsizdir.

Ödənişsiz Ünsiyyət Klubları (Conversation Clubs) üçün qeydiyyat 20 Oktyabrdan 31 Dekabradək davam edəcək.

İştirak edə bilməyiniz üçün qeydiyyatdan keçiməyiniz vacibdir.

Qeydiyyatdan kecmək üçün ad və soyadınızı, əlaqə nömrələrinizi, iştirak edəcəyiniz Conversation Club-un adını, gunlərini və saatını qeyd edərək [email protected] e-mail ünvanına göndərin və ya bizə zəng edin.

Telefon: (+994 12) 497 62 97;

Mobil: (+994 70) 279 75 17;

Ünvan: C.Cabbarlı 44, Caspian Plaza, 1-ci korpus, 4-cü mərtəbə (Nizami M/S yaxınlığı)

E-mail: [email protected]

Web: www.britishacademy.az