Ödənişsiz Fransız dili kursu

Ödənişsiz Fransız dili kursu.
Mövzu: “Les Articles.”
Dərs əhatə edir: Fransız dilində artiklların qrammatik izahı və çalışmalar.

Vaxt: 23 noyabr 14:00-16:00

Ünvan: Farah Biznes Mərkəzi, 28 May metrosunun qarşısı, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 235, Neft Akademiyasının yanı.

2 saatlıq dərs ərzində artikllar barədə danışacağıq, qrammatik qaydalar izah olunacaq. Sonra sizə çalışmalar paylanılacaq və çalışmalar üzərində nəzəriyyədə öyrəndiklərimizi praktikada həll etməyə çalışacağıq.
Bu dərs fransız dilini öyrənmək istəyən hər kəsə açıqdır.
Dərsdə iştirak pulsuzdur.
Qeydiyyat vacibdir. Bunun üçün ofisə şəxsiyyət vəsiqəsilə yaxınlaşmaq lazımdır.

Digər suallar üçün  050 873 01 69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.