RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Ödənişsiz – Magistraturaya qəbul üzrə Sınaq İmtahanı

611

Tamamilə Ödənişsiz – Magistraturaya qəbul üzrə Sınaq İmtahanı!

“Barattson School of Business & Finance” ənənəyə sadiq qalaraq sizlərə yeni fürsətlər yaratmağa davam edir!

21 İyun 2015-ci il tarixində yenidən təşkil olunacaq TAM ÖDƏNİŞSİZ – Magistraturaya qəbul üzrə Sınaq İmtahanında iştirak etməyə tələsin!

Hörmətli tələbələr və universitet məzunları!

“Barattson School of Business & Finance” sizlərin hər birini 21 iyun 2015-ci il tarixində keçirəcəyi Magistratura təhsil pilləsinin birinci tur imtahanının hazırlıq mərhələsi üçün ödənişsiz sınaq imtahanında iştirak etməyə dəvət edir.

Sınaq imtahanı 2015-2016-cı il tədris mövsümü üzrə Magistratura təhsil pilləsinin birinci turunun imtahanına hazırlıq üçün nəzərdə tutulmuşdur.

Sınaq imtahanında universitetlərin 3-cü və 4-cü kurs tələbələri, həmçinin universitet məzunları iştirak edə bilər.

İmtahanda iştirak edəcək şəxslər 2 saat 30 dəqiqə ərzində Məntiq, İnformatika və İngilis dili üzrə biliklərini sınayacaqlar.

“Barattson School of Business & Finance” hər zaman olduğu kimi bu sınaq imtahanında da özünün güzəştli təhsil almaq imkanından faydalanmaları üçün iştirak edəcək namizədlərə endirimlərini təqdim edir.

Belə ki, sınaq imtahanının ümumi nəticəsinə görə birinci yerin sahibinə Barattson şirkətində Magistratura üzrə dövlət imtahanının birinci mərhələsinə hazırlaşmaq üçün 100% endirim, ikinci yerin sahibinə 50% endirim, üçüncü yerin sahibinə isə 30% endirim tətbiq edilir. Qeyd etməliyik ki, bu güzəştli şərtlər sınaq imtahanında 60 baldan aşağı olmayaraq nəticə göstərən namizədlərə şamil ediləcəkdir.

İmtahan 21 iyun 2015-ci il tarixində saat 10:00-da Müasir İnnovasiyalar Litseyində (MİL) keçiriləcəkdir.

Diqqətinizə çatdırırıq ki, sınaq imtahanından dərhal sonra Məntiq və İnformatika üzrə müəllimlərimiz müvafiq mövzulara dair tələbələri maraqlandıran suallara cavab verəcəklər.

Yerlər məhduddur!

Qeydiyyatdan keçməyə tələsin!

Sınaq imtahanında iştirak etmək istəyən şəxslər növbəti linkdə onlayn qeydiyyatdan keçməlidirlər: http://barattson.com/en/webform/online-registration-form

Əlavə olaraq şəxsiyyət vəsiqənizin skan versiyasını növbəti elektron ünvanımıza yollamanız xahiş olunur: [email protected]

Son qeydiyyat 19.06.2015-ci il tarixi, saat 19:00-a qədərdir.

Alternative olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

Tel: (012)5054496/97
Mob: (070)2054496/97
[email protected]

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı