OGAE: Azərbaycan təmsilçisi “Uşaq Avroviziya-2018”-in qalibi adına iddialıdır

Bu gün Minskdə keçiriləcək “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsinin qalibi adına iddialılar arasında Azərbaycan təmsilçisi Fidan Hüseynovanın da adı çəkilir.

AZƏRTAC-ın BELTA-ya istinadla xəbər verir ki, Avroviziya Fanatları Baş Təşkilatı (OGAE – Organisation Generale des Amateurs d’Eurovision) Rusiya klubunun prezidenti Anton Somsonov ilk beşliyə Makedoniya, İtaliya, Ukrayna, Azərbaycan və Ukraynanın iddialı olduğunu bildirib. Onun sözlərinə görə, Fidan Hüseynovanın təsirli və işıqlı çıxışı uşaqlar üçün ənənəvi sayıla bilər. Fidan səhnə davranışı və mahnısı ilə uşaqların daha çox rəğbətini qazana bilər.

Xatırladaq ki, yerli vaxtla 18:00-da “Minsk Arenada” keçiriləcək final yarışında rekord sayda – 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanı təmsil edən Fidan Hüseynova səhnəyə yeddinci çıxacaq.

Ekspertlər səhnənin texniki imkanlarını yüksək qiymətləndirirlər. Beynəlxalq mahnı müsabiqəsinin icraçı direktoru Yon Ola Sand səhnənin səs və işıq effektindən razılığını bildirib.

“Minsk Arenada” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində Azərbaycanla yanaşı, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri çıxış edəcəklər.

Qeyd edək ki, noyabrın 23-də axşam saatlarından mahnı müsabiqəsinin rəsmi saytında tamaşaçıların onlayn səsverməsi başlayıb. Səsvermə müsabiqənin rəsmi açılışına qədər, yəni noyabrın 25-də yerli vaxtla saat 18:00-dək davam edəcək. Final günü sonuncu iştirakçının ifasından sonra səsvermə 15 dəqiqə ərzində yenidən aktivləşəcək. Daha sonra həmin səslər müsabiqənin səsləri hesablayan heyətinə təqdim ediləcək. Qaydalara görə, eyni vaxtda 3-5 iştirakçıya səs vermək mümkündür.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here