Ölkə səviyyəli Forumda könüllü olaraq qoşulmaq istəyənlərin nəzərinə

Ölkə səviyyəli Forumda könüllü olaraq qoşulmaq istəyənlərin nəzərinə!
Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycanda ilk dəfə “Risk Peşəkarlarının Milli Forumu”-nu həyata keçirməyə hazırlaşır. Bu səbəbdən Forumda könüllü olaraq iştirak etmək və Forumun işgedişatına yardımcı olmaq istəyən aktiv gəncləri dəvət edirik!
Forumun 18.11.2014-tarixində reallaşdırılması planlaşdırılır.
Dialoq.info xəbər verir ki, maraqlı olan gəncləri, 03.11.2014, 18.00-a dək, iştiraketmə istəklərini və CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd edək ki, Könüllü gənclər, xüsusi sertifikatla təltif olunacaqlar.
Əlavə məlumat üçün:
Tel: (+99412) 493 78 83
(+99412) 493 17 53
(+99412) 511 60 85