RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.09.11 12:56

“Ölkədə radikal müxalifət yox, radikal iqtidar problemi var”

77

“Tədbirə iştirakçıları dəvət edəndə ayrı-seçkilik salınmamalıdır”. Bu sözləri bu gün Park İNN otelində “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Ana Vətən Partiyasının təşkilatçılığı ilə keçirilən dəyirmi masada AXP sədri Pənah Hüseyn deyib.

Onun sözlərinə görə, bütün siyasi-ictimai nümayəndələr vaxtında dəvət olunmalı idi: “Bunu müxalifətin daxilində bölücülük kimi qəbul edilməsinin qarşısı alınmalı idi. Azərbaycanda dövlət qeydiyyatından keçmiş bütün partiyalar dəvət olunmalı idi. İştirak etməyənlərin də məsuliyyəti öz üzərində qalsın. Azərbaycanda bir çox problemlər var. İqtidar tərəfindən qaldırılan problemlərdən biri iqtidaryönlü texnoloqların – ölkədə radikal müxalifətin olmasıdır. Mən bu barədə Əli Əhmədovun, Əli Həsənovun çıxışları ilə dəfələrlə qarşılaşmışam. Amma mənim fikrimcə, hazırda ölkədə radikal iqtidar problemi var. İqtidarın müxalifətə, icitimai təşkilatlara qarşı neqativ mənada radikal münasibətindən danışmaq lazımdır. İndi haqqında danışdığınız, söyüş müxalifəti adlandırdığımız problemin kökündə iqtidarın apardığı radikal siyasət dayanıb. Bu görüş olarsa, qucaq açılarsa hamıya, bu zaman o söyüş müxalifətinin təsir effektivliyi qat-qat azalar. Bu problemin kökündə uzun illərdən bəri yeni müxalifət yaratmaq təbliğatının aparılması dayanır. Buyurun, bu da sizin yeni müxalifətiniz. Hamını narahat edən, mövcud olan o problemi siz yaratmısız. Yeni müxalifətiniz budur. Milyonlarla vəsairt xərcləndi, demokratik institutların, partiyaların ofisləri bağlandı. İqtidar daxilində buna məsıiyyət daşıyan məmurların, YAP daxilindəkilərin də məsələsi müzakirə olunmalıdır. İqitdarda baş verən hadisələri hər bir vətəndaş dəyərləndirmək hüququna malikdir”.

P.Hüseyn bildirdi ki, daha öncə köklü islahatlarla dəyişikliyə layihəsi hazırlayarkən YAP rəsmilərini, Əli Əhmədovu, Siyavuş Novruzovu, Aydın Mirzəzadəni dəvət ediblər: “Əvəzində sıfır reaksya adıq. Təklif etdik YAP qərargahına gəlib, müzairə edib, araşdıraq. Etinasızlıq göstərildi. Nəticəsi onların apardığı siyasəin zərərinə oldu. Azad sözü onların üzünə bağlayacaqsız? Onlar da bir vasitə tapacaqlar. Qapıları alternativ fikirlərin üzünə açmaq lazımdır. Ölkədə sosial-iqtisadi islahatlar dərinləşməlidir. Bunlar siyasi islahatlarla dərinləşdiriməsi, heç bir effetk verilməyəcək”.

AXP sədri sonda YAP rəhbərliyinə müraciət etdi: “Öz aranızda birlik yaradın. Şayiələr gəzir ki, PA-da bu tədbirdən xəbərləri yoxdur. Bu məsələdə qayda-qanun yaradılsın. Əgər həqiqi, dərin, sosial, iqtisadi islahatlar olacaqsa, buna qarşı çıxanlar olacaqsa, biz bu islahatları həyata keçirənlərin yanında olacağıq. Əli Kərimlini parlamentdə söyüb təhqir edəndə deputatlar qarşı çıxsaydı, ona qarşı səs çıxarılsaydı, bunlar davam etməzdi”.

Musavat.com

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı