RESPONSIVE LEADERBOARD AD AREA
İQTİSADİYYAT 2019.08.13

Onların da maaşı artırıldı

74

Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

Bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Beləliklə, Mərkəzin rəisinin maaşı 572 manatdan 790 manata, Mərkəzin rəisinin müavininin maaşı 451 manatdan 625 manata, aparıcı məsləhətçinin maaşı 330 manatdan 460 manata, məsləhətçinin maaşı 325 manatdan 455 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, kargüzarın maaşı 195 manatdan 295 manata, xadimənin maaşı 180 manatdan 260 manata qaldırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı