RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Onlayn media üzrə pulsuz təcrübə proqramı elan olunur

859

Onlayn media üzrə jurnalist,media menecer olmaq istəyənlər üçün 3 aylıq pulsuz təcrübə proqramı elan olunur.
BDU jurnalistika fakultəsinin tələbələrinin təşəbbüsü ilə həyata keçirilən “Tələbədən tələbəyə-2”layihəsinə start verildi.
Dialoq.info-nun məlumatına görə, “Tələbədən tələbəyə″ layihəsinə qəbul olunacaq şəxslərə xəbər yazma,redaktə,fotojurnalistika,montaj,radio verilişlərin hazırlanması,sosial media marketinqi,bloq dərsləri keçiriləcək.Fevral-may aylarını əhatə edəcək təcrübə proqramı təqdimat və praktika hissələrindən ibarət olacaq.
Seçilənlər təcrübəli tələbə jurnalistlərdən həm dərslər alacaqlar, həm də öyrəndiklərini həyata keçirib təcrübə qazanacaqlar. İştirakçılar praktik hissədə xəbər yazmaq, redaktə etmək, foto və video çəkmək, video montaj, kameramanlıq, hazırladıqları materialı sosial şəbəkələrdə yaymağı öyrənəcəklər.
“Tələbədən tələbəyə” layihəsini bitirən şəxslərə sertifikatlar təqdim olunacaq.

Arzu edən şəxslər CV-lərini qeyd etdiyimiz linkdə fevral ayının 6-sına qədər doldura bilərlər. CV göndərənlər arasından seçilən şəxslər müsahibədə iştirak etmək üçün dəvət olunacaqlar.

Təlim ödənişsizdir və yalnız Bakı Dövlət universitetinin tələbələri iştirak edə bilər. Son müraciət tarixi 06.02.2015 taixinə qədərdir.
Ünvan: Zahid xəlilov 23, BDU, 2 saylı tədris korpusu, 2-ci mərtəbə, 221-ci otaq.

Qeyd: https://docs.google.com/forms/d/1bOfz33dsx13_jJtiYBWUCZ5P9-iHiXR1U216SaBj4zk/viewform

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı