Opera və Balet Teatrı mövsümə yekun vurmağa hazırlaşır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümə iyunun 21-də qala-konsert ilə yekun vuracaq.

Teatrdan  məlumat verilib ki, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri təqdim ediləcək.

Qala-konsertdə simfonik orkestri Xalq Artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

AZƏRTAC