RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

OPERATİV YIĞIM XİDMƏTİNİN REGİOANAL ŞöBƏLƏRİNƏ MÜTƏXƏSSİS

413

 

 

DəmirBank ASC Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamentində Operativ Yığım Xidmətinin Şamaxı, Ağsu, Ağdaş regioanal şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

• Müştərini onun işinin Bankın Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi  Departamentinə daxil olması barədə məlumatlandırmaq;
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslər ilə telefon və birbaşa əlaqələr yaradıb danışıqlar aparmaq;
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanlarda, iş yerlərində qeyd olunan şəxslərlə görüşlərin təşkili, onlara borca dair bildirişlərin və xəbərdarlıq məktublarının çatdırılmasını təmin etmək;
• Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirilməsi;
• Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işin aparılması;
• Müştəri tərəfindən edilən ödənişlərə nəzarət edilməsi;
• Borcların bərpasına dair hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

• Xüsusi tələblər: stressə davamlılıq, inandırmaq qabiliyyəti, insanların psixologiyasını bilməsi, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat  ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı;
• Problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1 il iş təcrübəsi olanlara üstünlük verilir;
• Məsuliyyətlilik, operativlik, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Ali təhsili olanlara üstünlük verilir;
• Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 sentyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Yığım Xidmətinin (regionun adını qeyd edin) regioanal şöbəsinə mütəxəssis göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı