Oqtay Əsədov Binəli Yıldırıma təşəkkür etdi

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırıma təşəkkür edib. O.Əsədov bildirib ki, TBMM tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Parlamentin 100 illik yubileyi ilə bağlı pul sikkəsi hazırlanaraq deputatlara təqdim edilib: “Qardaş ölkənin parlament sədrinə buna görə hamımızın adından təşəkkür edirik”.

Daha sonra Oqtay Əsədov deputat Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri vəzifəsinə təyini münasibətilə təbrik edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here