Oqtay Əsədov: “Bu, AŞPA-nın Azərbaycana qarşı ilk sanskiyası deyil”

Azərbaycanda bəzi “vətənpərvərlər” bu məsələni əldə bayraq edir, qəzetlər saytlar bu məsələdən yazır. Təbii ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı ədalətsizdir”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov AŞPA-da ölkəmizə qarşı qəbulı edilən sanksiyaya münsaibət bildirərkən deyib.

O bildirib ki, bəziləri bu sanksiyanın ilk olduğunu deyirlər: “Lakin bu ilk deyil, dəfələrlə belə olub. Biz AŞPA-nın Azərbaycanda keçirilən daimi sessiyasında Dağlıq Qarabağda olan fransalı deputatın ölkəmizə gəlməsinə icazə vermədik və burada bizim parlamentə qarşı sanksiya qəbul etdilər ki, Azərbaycanda iki müddətində heç bir tətbir keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki alt komitənin iclası burada keçirilməli idi. Maddi imkanları da yox idi. Hətta iclasın keçirilməsi ilə bağlı xahiş də etdilər. Lakin biz buna etiraz olaraq bildirdik ki, sanskiya altında iclas keçirə bilmərik və 2 il müddətində bundan imtina etdik. Yalnız iki ildən sonra komitə iclasları yenidən Azərbaycanda keçirildi”.

“O ki qaldı, Səməd Seyidova qarşı ədalətsiz sanksiyaya, bu məsələ çox şişirdilir. Burada nə baş verir? Səməd Seyidova icazə verilməyəcək ki, seçkili orqanlara seçilməsin. Heç seçilmək də istəmir, seçilməsin də. İcazə verilməyəcək ki, başqa ölkənin müşahidə missiyasında iştirak etsin. Heç etməsin də. Burada nə var ki, bunu böyüdürlər. Səməd Seyidov bizim mübariz deputatımızdır. O öz işini, mübarizliyini davam etdirəcək”, – deyə spiker qeyd edib.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here