Oracle Certified Master imtahanına gedən yol

Oracle Certified Master imtahanına gedən yol

Sizləri Noyabr ayının 1-ində keçiriləcək AzerOUG-nin növbəti görüşünə dəvət edirik. Həm DBA-lər, həm də Developer-lər üçün nəzərdə tutulmuş bu görüşün əsas məqsədi İT dünyasının ən çətin imtahanlarından biri sayılan Oracle Certified Master imtahanına hazırlıq barədə olacaq. AzerCell şirkətinin mütəxəssisləri olan Kamran Agayev(DBA) və Vüsal Xəlilov (Developer), OCM sertifkatına hazırlıqları barədə öz təcrübələrini paylaşacaqlar.

Dialoq.info-nun məlumatına görə, əlavə olaraq, yerli mütəxəssislər tərəfindən yazılmış və bu ay işıq üzü görən PL/SQL kitabının da təqdimatı keçiriləcək və istifadəçilərə hədiyyələr veriləcək.

Əziz Oracle sevərlər. Hamınızı inşallah Noyabr ayının 1-ində saat 11-də Qafqaz Universitetində (Xırdalan şəh.,Həsən Əliyev küç., 120,Abşeron, AZ0101 Bakı) gözləyirik. Zəhmət olmasa özünüzlə şəxsiyyət vəsiqələrinizi də gətirin. Giriş sərbəstdi.

Görüsmək üzərə!
———————–
www.AzerOUG.org
Azərbaycan Oracle İstifadəçilər Qrupu