“Orqanik ekoloji təmiz kənd təsərrüfatı üzrə maarifləndirici görüşlər” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Gəncə və Şəmkirdə “GCP/AZE/006 TUR: Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” layihəsi çərçivəsində tədbir keçirilib.

“Orqanik ekoloji təmiz kənd təsərrüfatı üzrə maarifləndirici görüşlər” mövzusunda keçirilən tədbirdə KTN, FAO, eləcə də Dünya Bankının nümayəndələri, ekofermerlər, iş adamları və AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin rəhbəri, professor Amin Babayev iştirak edib.

Məqsəd dünyada ekoloji kənd təsərrüfatının yeri, rolu və əhəmiyyəti, respublikada vəziyyəti, potensialı, qanunvericiliyi və standartları haqqında məlumat vermək, maarifləndirmə işi aparmaq olub.

Tədbirdə çıxış edən A.Babayev ekoloji təmiz kənd təsərrüfatının elmi bazasının yaradılmasında rəhbərlik etdiyi qurumun rolu, faəliyyəti və apardığı təcrübələr haqqında geniş təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here