Orta məktəbdə bibər qazından zəhərlənmə

Xəbər verildiyi kimi Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Xanməmmədov küçəsi, 3 ünvanında 76 saylı tam orta məktəbdə şagirdlərin gözyaşardıcı qazdan zəhərlənmə faktı qeydə alınıb. Hadisə nəticəsində bir neçə şagird zəhərlənib. məsələnin təfərrüatlarını öyrənmək üçün orta məktəblə əlaqə saxlayıb. Hadisə 6-cı sinif şagirdinin məktəbə gözyaşardıcı qaz gətirməsi nəticəsində baş verib.

“Elə də qlobal hadisə baş verməyib. Bizə bundan başqa sizə ətraflı məlumat verməmək tapşırılıb. Baş verənlərlə bağlı məktəb tərəfindən bütün informasiyalar Bakı şəhəri üzrə Təhsil İdarəsinə verilib. Onlar lazımi informasiyanı mediaya yayacaqlar. Mətbuatda yazılanların heç biri məktəb tərəfindən açıqlanmayıb. Valideynlər tərəfindən səslənən fikirlər məktəbin adından yayılır. Baş verənlərlə bağlı dəqiq məlumatlar gün ərzində yayımlanacaq”, – deyə, saytımıza verilən açıqlamada bildirilir.

Səhiyyə Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova saytımıza açıqlamasında bildirib ki, hazırda məktəbdən 9 şagird Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsində müayinə edilir: “Uşaqlar 10-12 yaş arasındadırlar. Onların vəziyyəti sabitdir. Yaxın saatlarda evə buraxılacaqlar. Uşaqların səhhətində heç bir narahatlıq yoxdur, sadəcə qorxublar”.

Qeyd edək ki, hadisənin tənəffüs zamanı baş verdiyi deyilir.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here