RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL 2019.10.09 18:44

Orta məktəbdə elmi-praktiki konfrans keçirildi

256

“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhəri Xətai rayonu 25-saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərin yeniyetmə və gənclərdə formalaşdırılması” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransı giriş sözü ilə məktəbin direktoru Fəridə Şərifova açaraq konfrans iştirakçılarını salamladı. Daha sonra mövzunun əhəmiyyətdən danışdı və tədbirin təşkilatçılığı üçün ictimai birliyə öz təşəkkürünü bildirdi. Sonra “Elin Səsi” MMDQ İB-nın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Təhsil Akademiyasının akademiki Elvin Talışınski çıxış edərək hazırda cəmiyyətdə milli dəyərlərin yeniyetmə və gənclərdə formalaşdırılmasının vacibliyini qeyd etdi.

E.Talışınski Azərbaycan gəncinin milli ruhda yetişməsinin və milli-mənəvi dəyərlərin qorunmasında iştirakının mühüm amil olduğunu və bu sahədə təbliğatın aparılmasında təhsil müəssisələrinin rolunun xüsusiliyini vurğuladı. Həmçinin auditoriya qarşısında “Elin Səsi” MMDQ İB-nın sədr müavinləri Qorxmaz Paşayev və Nərminə Quliyeva, İctimaiyyətlə əlaqələr departamentinin sədri Ziya Yaqubzadə və birliyin üzvü Zəkiyyə Heybətova milli-mənəvi dəyərlər sistemində elm və təhsilin əhəmiyyəti, tərbiyə, vətən sevgisi, övlad və valideyn münasibətləri mövzusunda çıxış etdilər. Çıxışlar məktəblilər tərəfindən böyük maraqla qarşılandı. Konfransda məktəbin şagirdləri Azərbaycan və vətən haqqında şeirlər səsləndirdilər. Tədbirin sonunda çıxış edən şagirdlərə ictimai birlik tərəfindən təşəkkürnamələr təqdim olundu və xatirə şəkil çəkdirildi.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı