“Orxon-Yenisey yazılı abidələrində feilin təsriflənməyən formaları” monoqrafiyası Almaniyada çapdan çıxıb

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Orxon-Yenisey yazılı abidələrində feilin təsriflənməyən formaları” monoqrafiyası rus dilində Almaniyada işıq üzü görüb.

Berlinin “Lambert akademik publishing” nəşriyyatında çap olunan kitabda qədim türk yazılı abidələrindəki feili bağlama və feili sifət kateqoriyaları Azərbaycan dili və digər Oğuz qrupu türk dilləri ilə tarixi-müqayisəli planda tədqiq edilib.

Monoqrafiya müqəddimə, giriş, üç fəsil, qısa nəticələr və ədəbiyyat siyahısından ibarətdir. Nəşrin birinci fəslində qədim türk Orxon-Yenisey abidələrindəki feilin təsriflənməyən formalarının beynəlxalq miqyasda tədqiqi tarixindən bəhs olunur. İkinci fəsildə bu abidələrdəki feili sifət şəkilçiləri, onların etimologiyası, atributiv, predikativ və substantiv funksiyada işlənmə xüsusiyyətləri diaxronik aspektdə araşdırılır. Üçüncü fəsildə bu abidələrdəki feili bağlamalar ilkin və törəmə olmaq üzrə iki qrupa ayrılıb.

Vəsait ali məktəblərin müəllim-professor heyəti, bakalavr, magistr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here