RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.16 12:18

Ötən il 6 minə yaxın uşağın əlil olduğu müəyyən edilib

74

Azərbaycanda 2018-ci ildə ilk dəfə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən 18 yaşadək uşaqların sayı 5777 nəfər olub.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu uşaqlardan 748 nəfəri şəhər yerlərində, 5029 nəfəri isə kənd yerlərində yaşayır.

Əlilliyi müəyyən edilən uşaqlardan 2395 nəfəri 0-3, 1766 nəfəri 4-7, 1251 nəfəri 8-13, 365 nəfəri 14-17 yaş aralığındadır. Onlarda əsasən vərəm, tənəffüs orqanlarının xəstəlikləri, psixi pozuntular və davranış pozuntuları, sinir sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, qan dövranı sisteminin xəstəlikləri və digər xəstəliklər müşahidə edilir.

Ötən il ilk dəfə əlilliyi müəyyən edilən 18 və yuxarı yaşda olan şəxslər 18542 nəfər olub. Bunların 13 faizi I dərəcə əlilliyi olan şəxslər, 65,7 faizi II dərəcə əlilliyi olan şəxslər, 21,3 faizi III dərəcə əlilliyi olan şəxslərdir. Bu şəxslərdən 2652 nəfəri 18-29 yaş aralığında, 1954 nəfəri 30-35 yaş aralığındadır. Onlarda vərəm, bədxassəli şişlər, psixi pozuntular və davranış pozuntuları, sinir sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri, qan dövranı sisteminin xəstəlikləri, peşə xəstəlikləri, istehsalat travmalarının nəticələri və digər xəstəliklər müşahidə edilir.

İlk dəfə əlilliyi müəyyən edilən 18 və yuxarı yaşda olan şəxslərin ümumi sayından əmək qabiliyyətli yaşda əlilliyi olan şəxslərin sayı 17982 nəfər olub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı