Ötən il Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının xarici ölkə jurnallarında 127 məqaləsi dərc olunub

Ötən il Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları 2 monoqrafiya, 5 dərslik, 10 dərs vəsaiti, 5 metodiki ədəbiyyat və 412 məqalə dərc olunub. Nəşr olunan dərslik və dərs vəsaiti 2016-ci illə müqayisədə iki dəfə artıb.

İnstitutdan verilən məlumata görə, dərc olunan məqalələrin 127-si xarici ölkələrdə, 23-ü impakt jurnallarda, 285-i isə ölkəmizdə çıxan elmi nəşrlərdə çap olunub.

Bu sahədə sosial-gigiyena və səhiyyənin təşkili, I cərrahiyyə və stomatologiya, üz-çənə cərrahiyyəsi kafedraları xüsusilə fərqləniblər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here