Ötən il “Yuğ” Teatrında

Azərbaycan Dövlət “Yuğ” Teatrının ötənilki fəaliyyəti əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, sənət ocağında iki yeni tamaşa hazırlanıb, üç tamaşa bərpa olunub.

Bu barədə teatrın ədəbi hissə müdiri Elçin Cəfərov məlumat verib.

E.Cəfərov deyib ki, “Quş dili” və “Metamorfoza” adlı yeni səhnə əsərləri, həmçinin yaradıcı heyət tərəfindən bərpa edilən “Naməlum Axundzadə”, “Qəbir qazmaq üsulu” və “Fəna” tamaşaları ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

“Teatr Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin birinci Beynəlxalq Teatr Festivalında ölkəmizi Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə təmsil edib. Eyni zamanda, festival çərçivəsində “Xəzər intibahı” mükafatına layiq görülüb. Sözügedən səhnə əsərində çıxış edən Əməkdar Artist Gülzar Qurbanova və tamaşanın rejissoru Mikayıl Mikayılov tanınmış türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə TÜRKSOY-un medalına layiq görülüblər. Həmçinin ötən il teatrın yeni veb-saytının hazırlanması və tamaşaların videoarxivinin yaradılması istiqamətində müəyyən işlər görülüb. Hazırda veb-saytın üzərində tamamlama işləri gedir”, – deyə E.Cəfərov söyləyib.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here