Özbək şair və alim Tahir Kahhar Folklor İnstitutunda olub

İmadəddin Nəsiminin əsərlərinin tərcüməçisi, özbək şair, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Tahir Kahhar Azərbaycanda folklorun toplanması, nəşri, təbliği, tərcüməsi və yayılması ilə tanış olmaq məqsədilə AMEA-nın Folklor İnstitutunu ziyarət edib.

İnstitutun direktoru, akademik Muxtar İmanovla görüşdə Azərbaycan və Özbəkistan folklorunun toplanması, tanıdılması və əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

M.İmanov, həmçinin Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli Sərəncamından irəli gələrək görülən işlər barədə qonağa məlumat verib.

Qeyd edək ki, özünü “Füzuli ədəbi məktəbinin şagirdi” adlandıran Tahir Kahhar Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən İmadəddin Nəsiminin əsərlərinin tərcüməsi işinə cəlb olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here