Özbəkistan portalı Naftalan nefti haqqında yazır

Özbəkistanın kultura.uz portalı möcüzəli Naftalan nefti haqqında məqalə yayıb.

Məqalədə möcüzəvi şəfası ilə bütün dünyada məşhur olan Naftalan neftinin tarixi, müalicəvi xüsusiyyətləri, Naftalanda fəaliyyət göstərən müasir otel və sanatoriyalar barədə məlumat verilir. Qeyd edilir ki, indiyədək Naftalana dünyanın müxtəlif yerlərindən insanlar gəlib şəfa tapıblar. Burada neftlə yetmişə yaxın xəstəlik müalicə edilir. Yazıda “Ağ Naftalan yağı” və onun əsasında yaradılan yeni preparatlardan da bəhs edilir.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here