Özil “Mançester Yunayted”lə oyunu buraxacaq?

“Arsenal”ın zədəli futbolçusu Məsut Özil İngiltərə Premyer Liqasının 15 turunun “Mançester Yunayted”lə oyununu da buraxa bilər. Britaniya mətbuatı yazır ki, çiynindəki zədədən əziyyət çəkən türk əsilli alman yarımmüdafiəçi hələ də fərdi məşq edir. Zədə səbəbindən Avroliqada “Vorskla” və çempionatda “Tottenhem”lə matçları buraxan futbolçunun “Mançester Yunayted”ə qarşı oynaması da sual altındadır.

Qeyd edək ki, dekabrın 5-də keçiriləcək “Mançester Yunayted” – “Arsenal” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here