RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Özünü və ərtafı iki təkər üstündə kəşf et” adlı velo yürüş keçiriləcək

427

Hotellər və Restoranlar Assosiasiyasının, CycleMania velo hərəkatın və Baku Guide bələdçisiinin təşəbbüsü ilə 11 Oktyabr, 2015-ci il tarixində Bakı şəhərində “Özüvü və ərtafı iki təkər üstündə kəşf et” / “Get to know yourself and world on two wheels” adlı velo yürüş keçiriləcəkdir.

Təşkilatçılar bu layihəni ölkədə velo mədəniyyətin təbliği və dəstəyi məqsədilə hazırlayıblar. Xüsusilə də layihə veloturizmin bir sağlam həyat tərzi və insanların asudə vaxtının səmərəli keçirilməsi vasitəsi olaraq,bununla tarixi-memarlıq abidələrinin və digər turistik məkanların örənilməsində vacibliyinin və səmərəliyinin təbliğini əhatə edir. Eyni zamanda biz velosipedçilər üçün şəhər infrastrukturunun təkmilləşməsini dəstəkləyirik.

Velosiped ekoloji cəhətdən təmiz və alternativ nəqliyyat vasitəsi olaraq avtomobillər üçün qadağa olmuş məkanlara daxil olmaq imkanı yaradır, bununla velo turistlərə turistik məkanları doyunca gəzməyə şərait yaradır. Eyni zamanda velo turizmin yayılması qısa müddətlər ərzində daha çox turistik məkanları, tarixi-memarlığ abidələrini gəzməyə imkan yaradır.

Layihəyə qoşulan və bizi dəstəkləyən bütün iştirakçılara biz təklif edirik ki, velo turistləri həvəsləndirərək onlar üçün xüsusi imkanlar yaradsınlar. Bunlar sırasında velo turistlər üçün müxtəlif endirimlərin təklif edilməsi, velosipedlərin icarəsi və yaxud əlavə xidmətlərə daxil edilməsi, velosipedlər üçün dayanacaqların və xırda texniki dəstək imkanlarının yaradılmasıdır.

Təyin edilmiş velo yürüş iri miqyaslı layihənin başlanqıcıdır. Hotellər və Restoranlar Assosiasiyası CycleMania hərəkatı və bir sıra digər təşkilatlarla birgə ölkə üzrə yeni marşrutlar, dayanacaq yerləri, mədəniyyət və turizm məkanlarını işləyib hazırlayırlar. Eyni zamanda şəhərlərdə və maqistral yollar boyunca velo turistlər üçün infrastrukturun yaradılması və təkmilləşməsi istiqamətində müxtəlif dövlət və özəl sektor təşkilatlarına müraciətlər edərək bu işin tezliklə həllinə çalışırlar.

11 Oktyabr, 2015-ci il tarixində keçiriləcək velo yürüşdə iştirak etməyə hamını dəvət edirik.

Marşrut Bakı şəhərində Dövlət Bayraq Meydanında başlayaraq, şəhərin bir sıra görkəmli məkanlarından, o cümlədən İçəri Şəhər Dövlət Tarix-Memarlığ Qoruğunun ərazisindən keçəcək.

Marşrutun sonuncu nöqtəsi Boulevard Hoteldə (Yeni Bulvar / Ağ şəhər) KİV nümayəndələri və bütün maraqlı şəxslər üçün press konfrans keçiriləcəkdir. Bütün KİV nümayəndələrini iştirak etməyə dəvət edirik və xahiş edirik 012 4347877 / 0502550001 telefonlarına zəng edərək və yaxud [email protected] elektron poçt vasitəsilə iştiraklarını təsdiqləsinlər. Press konfrans maraqlı açıqlamalarla, müzakirələrlə və kofe fasilələrlə müşaidə ediləəcəkdir.

Velo yürüşün partnyorları: Azərbaycan Velosiped İdmanı Federasiyası, İntourist Hotel Baku, Boulevard Hotel Baku, Saffron Restaurant Group, Sirab təşkilatlarıdırlar.

İnformasiya dəstəyi: Trend İnformasiya Agentliyi, Milli.az, Day.az, Today.az, Azernews.az

12108100_889431837778191_718124675198859942_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı