Pərviz Şahbazov İranda Beynəlxalq Neft, Qaz, Emal və Neft-Kimya Sərgisini ziyarət edib

Azərbaycanın energetika naziri Pərviz Şahbazov İranda 23-cü Beynəlxalq Neft, Qaz, Emal və Neft-Kimya Sərgisini (Iran Oil Show-2018) ziyarət edib.

Nazir sərginin açılış mərasimində iştirak edib. Gözlənilir ki, Şahbazov İranın neft naziri Bijan Namdar Zəngənə ilə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi üçün görüş keçirəcək.

Sərgidə 38 ölkədən iştirakçı 4000-dən çox İran və xarici şirkətləri təmsil edir.

İştirakçılar arasında: Azərbaycan, Almaniya, Ukrayna, Belçika, Fransa, Türkiyə, Norveç, Böyük Britaniya, Hindistan, Kanada, Çin, Polşa, Yaponiya, Rusiya və digərləri.

Dörd günlük sərgini İranın Neft Nazirliyi və onun törəmə şirkəti – İran Milli Neft Şirkəti maliyyələşdirir.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here