“Park Bulvar”da gənc rəssamların sərgisi açılıb

Konstitusiya Araşdırmalar Fondu və “MitOst” Assosiasiyasının həyata keçirdiyi “İnkişaf zamanı proqramı – incəsənət sosial dəyişikliklər üçün” layihəsi çərçivəsində “Park Bulvar” ticarət və əyləncə mərkəzində gənc rəssamların sərgisi açılıb.

Layihənin keçirilməsində məqsəd istedadlı yeniyetmələrin müstəqil ixtisas seçimini təbliğ edərək gələcəkdə ixtisaslı kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görmək və insanlara cəmiyyətin formalaşmasında incəsənətin rolunun vacibliyinı ötürməkdir.

Layihədə valideynlərin təkidi ilə fərqli ixtisaslara yönələn gənclərin həyat hekayələri qələmə alınmış və bu hekayələr gənc rəssamların yaratdıqları “Street art” nümunələrinə çevrilmişdir.

Sərgi izləyicilər tərəfindən böyük marağa səbəb olub və bu tipli maarifləndimə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

 

azərtac

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here