RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Parlament seçkilərində gənc seçicilərin məlumatlılığının və iştirakçılığının artırılması” adlı layihə

581

MAGİYA ictimai birliyi Lənkəranda “Parlament seçkilərində gənc seçicilərin məlumatlılığının və iştirakçılığının artırılması” adlı yeni bir layihənin həyata keçirilməsinə başlamışdır. Layihə 01 sentyabr – 30 noyabr 2015-ci il tarixlərini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məbləği 7000 AZN təşkil edir. Layihənin məqsədi Milli Məclisə seçkilərin keçirilməsi mövzusunda gənclərin maarifləndirilməsindən və məlumatlandırılmasından ibarətdir. Layihə çərçivəsində respublika üzrə 18-29 yaş arası 25 nəfər gənc seçiləcək və onlar üçün Lənkəranda 09-11 oktyabr tarixlərində 3 günlük təlim kursları keçiriləcəkdir. Bununla yanaşı, layihə çərçivəsində həyata keçirilən tədbirin nailiyyətləri, nəticə və yekunu barədə 07 noyabr 2015-ci il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur. Layihədə iştirak etmək istəyən gənclər 01 oktyabr 2015-ci il tarixinə qədər təşkilata müraciət edə bilərlər.

1.Elan_MAGIYA-AGF01-30

2.Erize_MAGIYA-AGF01-30

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı