Parlamentdə büdcə müzakirələri başlayır

Bu gün Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfi Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Azvision.az xəbər verir ki, “2019-cu il dövlət büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları parlamentin komitələrinin birgə iclaslarında müzakirə ediləcək.

Büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihə parlamentin plenar iclasına çıxarılacaq. Layihə ilə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclasları keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat, xərcləri 24 780,1 milyon manat proqnozlaşdırılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here