“Parlaq Zəka” məktəbli çempionat layihəsinə start verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2016-cı il üçün 3-cü qrant müsabiqəsinin qalibi olan “Parlaq Zəka” məktəbli çempionatı layihəsi oktyabr ayından start götürür.

Klubdan verilən məlumata görə, eyniadlı intellektual televiziya şousunun idman versiyası üzrə keçiriləcək layihədə Bakı şəhərinin indiyə kimi bu çempionatda iştirak etməmiş 4 rayonu iştirak edəcək. Nizami, Sabunçu, Suraxanı, Xəzər rayonları təmsil edəcək məktəblilər humanitar-ictimai profil üzrə tarix, ədəbiyyat, mədəniyyət, incəsənət üzrə bilikləri üzrə yarışacaqlar.

Klubun prezidenti Aydın Piriyev bildirib: “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkilati dəstəyi , Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə keçirilən bu layihə gənclər arasında “Parlaq Zəka” intellektual hərakatın formalaşması və ”Parlaq Zəka”nın milli humanitar olimpiada status adına tam layiq olmaqdır”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here