“PAŞA Həyat Sığorta” şirkəti təlimlərə start verir

”PAŞA Həyat Sığorta” şirkəti Respublikamızın ali tədris ocaqlarında təhsil alan tələbələri sevindirməkdə davam edir. Şirkət tərəfindən davamlı şəkildə təşkil olunan “Sığorta və Sığorta Mədəniyyəti” və “Daxili Audit və Daxili Nəzarət” mövzularında keçirilən Master Klass təlimləri tələbələr tərəfindən maraqla qarşılanır.
Xatırladaq ki, “PAŞA Həyat Sığorta” ASC 2013-cü ilin iyul ayından etibarən bu təlimləri ödənişsiz olaraq təşkil edir ki, bu da Şirkətin sosial layihələrindən biri hesab olunur. Maarifləndirmə işləri çərçivəsində, artıq bu ilin 2014-cü ilin aprel ayından başlayaraq Respublikamızın bəzi universitetlərində də təlimlərin tədrisi işlərinə başlanılıb.
Dialoq.info xəbər verir ki, hər iki mövzuda keçirilən təlimlər 3 gün olmaqla, gündə 3 saat keçirilir (cəmi 9 saat).
Qeyd edək ki, yuxarıda qeyd olunmuş təlimlər hər ay keçirilir və bu təlimlər bütün ali təhsil ocaqlarının tələbələrinə şamil olunur.
Təlimlərin tarixi və vaxtı barəsində ətraflı məlumat hər ayın sonunda Şirkətin rəsmi internet səhifəsində (http://www.pasha-life.az/xeberler) və facebook səhifəsində yerləşdirilir.
Tələbələr müraciət üçün adını, soyadını, təhsil aldığı universitetin adını yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.
Tələbələrdən xahiş olunur ki, email göndərən zaman iştirak edəcəkləri təlimin adını və tarixini xüsusi ilə qeyd etsinlər. Qaydalara uyğun olaraq, hər iki mövzuda keçirilən təlimin sonunda tələbələrə müvafiq sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, tələbələr arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır. Təlimlərin nəticəsi olaraq, potensial imkanlarından asılı olaraq, həyat sığortası ilə maraqlanan və bu sahədə işləmək arzusunda olan istedadlı və qabiliyyətli tələbələr gələcəkdə “PAŞA Həyat Sığorta” ASC-də uzunmüdətli təcrübə keçmək şansı da qazana bilərlər.

 

10710926_1497493343833192_726742951833805334_n