Paşinyan Ermənistanın büdcəsini oliqarxların pulları ilə dolduracağını vəd edir

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Serj Sərksiyanın qardaşı Aleksandr Sərkisyanın özünün bank hesabında olan 30 milyon dolları ölkə büdcəsinə geri qaytaracağını söyləyib.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki,  baş nazir Ermənistanın keçmiş Dövlət Gömrük Komitəsinin sədri Armen Avetisyanın da ona məxsus 20 milyon dəyərində ölçülən oteli də dövlətə təslim edəcəyini bildirib.

Həmin otel Ermənistanın Saxadzor bölgəsində yerləşir. Qeyd olunur ki, oktyabırn 11-də 2001-ci ildən Paşinyan iqtidara gələnə qədər Dövlət Gömrük Komitəsinin sədri postunu tutan Armen Avetisyana qarşı “pulların yuyulması”, “qeyri-qanuni yolla əldə edilən gəlirlərin leqallaşdırılması” müddəaları ilə cinayət işi qaldırılmışdı.

Paşinyanın bildirdiyinə əsaəsn, əgər otelin təslimi proseduru tezləşdirilə bilsə onlar onu ən qısa zamanda hərracda satışa çıxaracaqlar.

Lakin “Sputnik Armenia” saytının verdiyi xəbərə görə, Aleksandr Sərkisyanın, deyəsən, pulları geri ödəmək fikri yoxdur.

Serj Sərkisyanın qardaşı öncə Paşinyanı bank sirrini açmaqda ittiham edib, daha sonra həmin pulların qanuni yolla əldə olunduğunu bildirərək, hesablar üzərindən həbsin götürülməsini istəyib.

“Nikol Paşinyan bu pulları qeyri-qanuni yola əldə etmədiyimi bilir, ona görə də onların qanuni cəhətdən müsadirəsi mümkün deyil. Şəxsimə olan neqativ münasibətindən dolayı, habelə, öz vəzifəsindən sui-istifadə edərək o məndən öz pullarımı könüllü olaraq dövlət büdcəsinə təslim etməyim üçün təzyiq göstərir”,-deyə keçmiş prezidentin qardaşı söyləyib.

Aleksandr Sərkisyan vaxtilə Rusiyada bizneslə məşğul olduğunu, buna görə Ermənistana sonradan böyük pul kültəsi ilə geri qayıtdığını bildirib.

Daha sonra A. Sərkisyanın bank hesablarına Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin İstintaq idarəsi tərəfindən həbs qoyulduğu ortaya çıxıb.

Buna rəğmən Aleksandr Sərkisyanla bağlı ilkin istintaqın getdiyi, ümumiyyətlə, cinayət işini qaldırıldığı barədə hər hansı məlumat yoxdur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here