Paşinyan: “Müttəfiqlərimiz Azərbaycana niyə silah verirlər?”

Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzv dövlətlər arasındakı müttəfiqlik münasibətlərinin dəqiqləşdirilməsi ətrafında şiddətli mühakimələr gedir.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkiləri çərçivəsində “Mənim addımım” blokunun Vanadzordakı təşviqat kampaniyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bundan sonra İrəvanın həyata keçirərəcəyi xarici siyasətin mahiyyəti müttəfiqlərinin etibarlılığından asılı olacaq. Bu mənada Paşinyan Ermənistanın KTMT-dəki müttəfiqlərinin (Rusiya, Belarus) Azərbaycanla hərbi əməkdaşlığını ciddi tənqid edib.

“Siz bilirsinizmi ki, KTMT-nin bizə (Ermənistana) qarşı və bizim təşkilat qarşısındakı öhdəliklərimiz nədir? Bizə aydın deyil ki, niyə müttəfiqlərimiz düşmən münasibətdə olduğumuz ölkəyə silah satırlar? Bu, qəbuledilməzdir və ciddi çağırışdır! Biz öz tərəfdaşlarımızla bu məsələni birbaşa və açıq şəkildə müzakirə etmək fikrindəyik ki, sonra özümüz də necə davranacağımızı bilək. Bilək ki, kimə güvənmək olar, kimə yox”, – Paşinyan bəyan edib.

O, həmçinin vurğulayıb ki, bundan sonra Ermənistan xarici siyasət kursunda yalnız özünə arxalanmalıdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here