RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.11.04 17:37

“Paşinyanın Ermənistanda artıq populyarlığı qalmayıb”

22

“Paşinyan o qədər qeyri-ciddi bir siyasətçidir ki, hər hansı bir mövzu ilə əlaqədar səsləndirdiyi fikirləri ciddi qəbul etmək doğru olmazdı. İstər Ermənistanın daxili auditoriyası üçün, istərsə xarici partniyorlar üçün Paşinyanın açıqlamaları bir-birini təkzib edən, bir-birinə zidd və məntiqsiz görünür”.

Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ona görə də bir siyasətçi kimi onun Ermənistanda artıq populyarlığı qalmayıb: “Amma buna baxmayaraq Paşinyan danışıqlarda həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib. Mövcud siyasi gerçəkliklər və geostrateji reallıqlar nəzərə almadan açıqlamalar verib. Və dəfələrlə beynəlxalq ictimaiyyətin qınaq obyektine çevrilib. Eyni zamanda Ermənistandakı daxili-siyasi aktırların hədəfinə çevrilib”.

H.Babaoğlu vurğulayıb ki, əlbəttə Ermənistan Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün konkret format mövcuddur: ”Bu, ATƏT-in Minsk qrupudur və beynəlxalq hüquqda problemin hansı çərçivədə həll olunması ilə bağlı prinsiplər öz əksini tapıb. Bu Azərbaycanın ərazi bütövlüyüdür. Münaqişə yalnız beynəlxalq hüquqla təsbit edilən Azərbaycanın ərazi bütövlüyü və eyni zamanda Helsinki Yekun Aktında göstərilən xalqların öz müqəddəratını təyin etmək hüququ çərçivəsində ölkələrin ərazi bütövlüyü nəzərə alınmaqla həll oluna bilər”.

Millət vəkili qeyd edib ki, bütün bunları nəzərə alaraq Ermənistanın Baş naziri gec-tez bu prinsipləri qəbul etməli və problemin həllini də bu istiqamətdə görməlidir: “Əks təqdirdə bu günə qədər dəfələrlə təkrar etdiyi kimi, yenidən Dağlıq Qarabağ problemində üçüncü subyekt olaraq separatçı Qarabağ ermənilərini göstərməyə cəhd etməsi, onları ayrıca xalq kimi və ayrıca maraqlı tərəf kimi göstərməyə çalışması baş tutan məsələ deyil. Çünki əvvala bu doğru deyil, beynəlxalq hüquq bunu rədd edir və ən əsası isə Azərbaycan bunu rədd edir”.

Sonda isə deputat bildirib ki, Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı qətiyyətli mövqeyi var: “Dağlıq Qarabağ xalqı deyilən bir xalq yoxdur, Dağlıq Qarabağda yaşayan əhali var ki, bu münaqişə başlayanda əhaliyinin demoqrafik balansı 75 faizin 25 faizə azərbaycanlıların xeyrinə olub. Azərbaycanın bu mövqeyi beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Ona görə də təkrar-təkrar Paşinyanın bu məsələni gündəmə gətirmək cəhdi heç bir şəkildə baş tutmayacaq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı