RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

Paytaxtda müsabiqə-konfrans keçiriləcək

15

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə müsabiqə-konfrans keçiriləcək.

“Uşaq  və gənclərin azərbaycançılıq ideologiyası ruhunda  tərbiyəsi” mövzusunda təşkil olunacaq müsabiqə-konfransın əsas məqsədi uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində görülən işləri daha da gücləndirməkdən ibarətdir.

Müsabiqə-konfrans məktəb, rayon və şəhər üzrə-3 mərhələdə keçiriləcək. Ümumi təhsil müəssisələrində təşkil olunacaq I mərhələdə (13-26 fevral tarixlərində) seçilmiş ən yaxşı tədqiqat işləri paytaxt üzrə rayon mərhələsində (27 fevral-19 mart tarixlərində) iştirak etmək hüququ qazanacaq. Konfrans şəklində keçiriləcək III mərhələdə isə II mərhələdə qalib  gəlmiş  ən  yaxşı  tədqiqat işləri dinləniləcək və qaliblər müəyyənləşdiriləcək.

Sonda BŞTİ tərəfindən müsabiqədə qalib gəlmiş 6 iştirakçıya diplom və hədiyyələr, şəhər mərhələsinin iştirakçılarına isə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “Uşaq  və gənclərin azərbaycançılıq ideologiyası ruhunda  tərbiyəsi” adlı müsabiqə-konfrans Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinin icrasını təmin etmək məqsədilə keçirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı