RESPONSIVE LEADERBOARD AD AREA
İDMAN 2019.10.09 01:59

Perulu futbolçu: “Azərbaycanda yüksək səviyyəli bir çempionatla tanış oldum”

127

“Təəccübləndim. Azərbaycanda yüksək səviyyəli bir çempionatla tanış oldum. Çox yaxşı avropalı oyunçular var. Bu ölkənin komandaları Çempionlar Liqası və Avropa Liqasında çıxış edir”.

Dialoq.info”Depor” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri “Zirə”nin futbolçusu Alvaro Ampuero Azərbaycan Premyer Liqası barədə danışarkən deyib.

27 yaşlı müdafiəçi Azərbaycan çempionatının yeni sıçrayış üçün yaxşı başlanğıc olduğunu bildirib: “Mövsüm öncəsi Türkiyə klubları ilə oynayırıq. Bura tramplin rolunu oynaya bilər”.

Perulu oyunçu hazırkı komandası barədə də danışıb: “Növbəti mövsüm Avropa Liqasına vəsiqə qazanmaq şansımız var. Ən güclü komanda “Qarabağ”dır və digər kollektivlər eyni səviyyədədir”.

Ampuero iki ay ərzində Bakıda olduğunu və Azərbaycana öyrəşdiyini sözlərinə əlavə edib: “Dil məsələsi çox mürəkkəbdir. Düşünürəm ki, heç vaxt öyrənməyəcəyəm. Xoşbəxtlikdən klubda bizə çox kömək edən tərcüməçimiz var. Bu dildə bəzi sözləri bilirəm. Ən çox yayılanları, alış-verişə gedəndə sizi xilas edə biləcək şeyləri. Rus dilinə bənzəyir, çox çətindir. İngilis dilində bildiklərimlə gündəlik öhdəsindən gəlməyə çalışıram. Bundan əlavə yemək də fərqlidir. Buna baxmayaraq, dostumla hazırlaya biləcəyim bəzi şeylər var. Ünsiyyət barədə isə heç bir problemimiz yoxdur”.

Qeyd edək ki, Alvaro Ampuero bu ilin avqust ayında “Zirə”yə keçib. O, ölkəsinin “Universidad San Martin” klubundan 1 illik icarəyə götürülüb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı