“Peşəkar aktyorluq dərsləri”nin onlayn versiyası oxucuların ixtiyarına verilib

Görkəmli rus aktyoru və teatr nəzəriyyəçisi Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” kitabının onlayn versiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Açıq kitab” adlı elektron kitabxana portalında yerləşdirilib.

Mərkəzdən bildirilib ki, qurumun son nəşrlərindən sayılan kitaba müəllifin ABŞ-da keçirdiyi mühacirət illərində (1935-1954) yaradıcılıq studiyasında oxuduğu mühazirələri daxil edilib. Aktyorluq peşəsinin sirlərini, səhnə həyatının pərdəarxasını yüksək məharətlə açan mühazirələrdə bu çətin sənətin zirvəsinə aparan yollar, yüksək səhnə peşəkarlığının qazanılması metodları dərin təhlillər və araşdırmalarla izah edilir.

Kitab teatr, rejissor, aktyor sənətinin tədrisi, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Oxucular www.achiqkitab.az saytının “Tərcümə Mərkəzinin kitabları” bölməsinə daxil olmaqla kitabdan pulsuz yararlana bilərlər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here