RESPONSIVE LEADERBOARD AD AREA
MEDİA VƏ QHT 2019.10.10 17:03

“Piket adı altında müxtəlif məqsədlərə xidmət etmək qəbuledilməzdir”

87

“Son aksiya xüsusilə də Əli Kərimlinin mənəviyyatını bir daha ortaya qoydu. Onların məqsədi piket adı altında asayişi, qanunları pozmaq, bütövlükdə o ətrafa toplaşan insanları özlərinin sosial bazası kimi təqdim etməkdən ibarət idi”.

Bu fikirləri SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O bildirib ki, 50 nəfəri idarə etməyi bacarmayan Əli Kərimli hansı elektrotlarının olduğundan danışır.

V. Rəhimzadə söyləyib ki, Əli Kərimli yarıtmaz biri kimi insanlara çağırış edib özü aksiyada iştirak etmədi: “O, özünün xislətinin nədən ibarət olduğunu ortaya qoydu. Onların məkrli niyyətləri artıq xalqımıza da bəllidir”.

Onun sözlərinə görə, “Milli Şura” və AXCP onlara verilən icazədən istifadə edərək piket adı altında başqa çağırışlar edərək müvafiq qanunları pozdular: “Hesab edirəm ki, bu cür əməllərə yol vermək olmaz. Şəhərin mərkəzində piket adı altında müxtəlif məqsədlər yerinə yetirmək istəyi qəbuledilməzdir”.

Baş redaktor söyləyib ki, əgər “Milli Şura” piket keçirmək niyyətindədirsə, o zaman onlar üçün Qaradağ rayonunda ayrılan ərazidən istifadə etməlidir: “Onlar çox yaxşı bilir ki, hə hansı aksiya keçirmək gücünə malik deyillər. Öz şəxsi maraqlarını uca tutanlar son addımları ilə Azərbaycan cəmiyyətinə özolərinin çirkli niyyətlərini göstərmiş oldular”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı