RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.20 12:24

Pilot Rəşad Atakişiyevin nəşi tapıldı

674

İyulun 24-də saat 22 radələrində təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş, aviasiya vasitəsi radarlardan itmiş, hərbi təyyarə Xəzər dənizinə düşmüş, pilot polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdü. Bir neçə həftədir ki, pilotun axtarışı həyata keçirilirdi.

Dialoq.info xəbər verir ki, artıq şəhid pilot Rəşad Atakişiyevin nəşi tapılıb. Bu barədə pilotun həyat yoldaşının qardaşı öz facebook profilində məlumat paylaşıb. Onun paylaşımından bəlli olub ki, Rəşad Atakişiyevin sabah (21 avqustda) dəfn mərasimi keçiriləcək.

Allah rəhmət eləsin!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı