RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT 2019.08.21 12:32

Pilotun xanımı: “Arzumuz, xəyallarımız baş tutmadı”

399

“Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı”

Dialoq.info xəbər verir ki, bunu Azvision.az -a pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova deyib. O, bildirib ki, Rəşad mərd, vətənpərvər, gözəl insan idi.

“Həyat yoldaşım pak hislərlə yaşayırdı. İki gül balası onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər”.

Pilotun həyat yoldaşı axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduqlarını qeyd edib: “Hava şəraiti bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı