RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Polad Bülbüloğlu Tanzaniyanın Rusiyaya yeni təyin olunmuş səfirini qəbul edib

12

İyulun 19-u səfir Polad Bülbüloğlu Tanzaniya Birləşmiş Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Simon Mumvini qəbul edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Tanzaniya arasında ikitərəfli münasibətlərin səviyyəsi və onun inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Səfir Polad Bülbüloğlu 7 fevral 2019-cu il tarixində iki ölkə arasında imzalanmış diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünikenin Azərbaycan ilə Tanzaniya arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Həmçinin görüş zamanı ölkələrimizin üzv olduğu beynəlxalq və regional təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi, qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkil edilməsi, iqtisadi-ticari əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi kimi mövzular müzakirə olunub.

Polad Bülbüloğlu Azərbaycanın yerləşdiyi regionda cərəyan edən proseslər, ölkəmizin üzləşdiyi təhdidlər barədə həmsöhbətinə ətraflı məlumat vermiş və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı