Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər

Jurnalist Ekspert Mərkəzinin (JEM) dəstəyi ilə Polşa Respublikasının paytaxtı Varşava şəhərində Azərbaycan nağıllarına həsr olunan tədbir keçirilib.
169 nömrəli tam orta məktəbin kitabxanasında Maria Grykayanın rəhbərliyi ilə gerçəkləşən Beynəlxalq Nağıl Gününə həsr olunan tədbir çərçivəsində şagirdlərə Azərbaycan nağılları təqdim olunub.
Uşaq mahnılarının bəstəkarı və uşaq yazarı, pianoçu Katarzyna Kulikowska, rəssam-müəllim Gilan Əzizxanlı “Kəpənəyin nağılı”, “Tülkü və Hacıleylək” nağıllarını polyak və Azərbaycan dillərində səsləndiriblər. Təəssüratları əsasında nağıllara illüsturasiyalar çəkən polşalı şagirdlərə JEM-in diplomları verilib.
“Tülkü və Hacıleylək” nağılını Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universtetinin baş müəllimi Samirə Abdullayeva, “Kəpənəyin nağılı”nı Slavyan unversitetinin məzunu Səbinə Yunisova polyak dilinə çevirib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here