RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

PR-İctimai əlaqələrə yeni baxış adlı təlim

584

Əziz gənclər sizi daha bir ödənişsiz təlimdə iştirak etməyə dəvət edirik! UNIVERSE Education&Consulting Center yeni PR-İctimai əlaqələrə yeni baxış adlı təlimi təqdim edir. Təlimdə iştirak etmək üçün www.uecc.az ünvanında qeydiyyatdan keçmək lazımdır.

Təlimin adı:
-PR. İctimaii Əlaqələrə yeni baxış

Təlimdə əhatə olunan mövzular:

-PR nədir? Ümumi tanışlıq.
-Azərbaycanda ictimai əlaqələr sisteminin qısa tarixçəsi. Hazırki durum.
-PR departamentin əməkdaşı: nəyi bilməli, nəyi bacarmalıdır.

Təlimçi:

İsmayıl Rafiqoğlu (İsmayılov)
Rusiyada Rostov Dövlət Universitetinin filologiyaya fakültəsini rus dili və ədəbiyyat ixtisası üzrə bitirib.
Uzun illər internet və çap mətbuatında çalışıb. Mediaforum.az saytının rus versiyasının redaktoru, Pressforum.az saytının baş redaktoru, Xeberler.az saytının baş redaktoru, “Bizim Yol” qəzetinin layihə redaktoru və köşə yazarı olub.
Yazıları “Yeni Müsavat”, “Azadlıq”, “525-ci qəzet”, “Mədəniyyət”, “Kaspi”, “Dəyərlər” qəzetlərində, hekayələri “Ulduz” jurnalında dərc olunub. Dəfələrlə jurnalist müsabiqələrdə mükafatlandırılıb. Təcrübəli tərcüməçidir.
İctimai sektor, QHT sahəsində bir sıra layihələrdə iştirak edib. İnternyus Azərbaycan, Beynəlxalq Mətbuat İnstitutu (BMİ), Multimedia Mərkəzi, Azərbaycan İnternet Forumu, Qadın Konsensus Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası (ABA CEELİ), Avrasiya Əməkdaşlıq Fondu, Save The Children, “HEKS EPER South Caucasus”, USAID, TIKA, SIDA, British Council, ATƏT kimi yerli və beynəlxalq təşkilatların layihə və tədbirlərinə qoşulub.
Media eksperti, jurnalistika, PR, konfliktologiya, mediada təhlükəsizlik üzrə təlimçidir.

Təlimə hər kəs dəvət olunur.

Tarix: 26 sentyabr 2015

Vaxt: 17:00

Müddət: 2 saat

Ünvan: Cəfər Cabbarlı 44, Globus Center 11-ci mərtəbə

Əlaqə: (012) 597-55-30
(070) 497-55-30
[email protected]
[email protected]

12042749_402132133313840_2221674665045732869_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı